Tbilisidə Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə koordinasiya şurasının iclası keçiriləcək

Tbilisidə Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə koordinasiya şurasının iclası keçiriləcək Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun rəhbərliyi ilə nümayəndə heyəti Tbilisiyə gedib
İnfrastruktur
12 İyun , 2017 10:41
Tbilisidə Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə koordinasiya şurasının iclası keçiriləcək
Report.az

Tbilisi. 12 iyun. REPORT.AZ/ Bu gün Tbilisidə Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə koordinasiya şurasının novbəti iclası keçiriləcək.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, iclasda iştirak etmək üçün Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun rəhbərliyi ilə nümayəndə heyəti iyunun 12-də Gürcüstan paytaxtına gəlib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə əklil qoyub, gül dəstələri düzüblər.

Azərbaycan nümayəndə heyətinin tərkibinə xarici işlər, iqtisadiyyat, maliyyə nazirliklərinin və digər aidiyyəti qurumların vəzifəli şəxsləri daxildir.

Son xəbərlər

Orphus sistemi