Bakı. 16 fevral. REPORT.AZ/ "2015-ci ilin noyabrında Aktauya 115 yük maşını göndərilmişdisə, dekabrda onların sayı 800-ü ötüb".
"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov deyib.
Onun sözlərinə görə, Bakıdan Aktauya göndərilən yüklərin həcmi artmaqda davam edir.
"Bildiyiniz kimi, liman əsasən dəmir yol yük daşınması üçün nəzərdə tutulub. 2015-ci ilin may ayından etibarən isə həm də yük maşınlarının göndərilməsinə başlamışıq. Buradan çıxan yüklərin demək olar, hamısı Aktau istiqamətində olur", - deyə T.Ziyadov bildirib.
Baş direktorun sözlərinə görə, Ələt limanının Aktauya ayda orta hesabla 750 yük qoşqusu (teryler) göndərilir.