Nazir: "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yeni bağlantısının tikintisi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir"

Nazir: "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yeni bağlantısının tikintisi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir" Bakıda “Road&Traffic 2016” sərgisi başlayıb
İnfrastruktur
11 May , 2016 10:45
Nazir: Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yeni bağlantısının tikintisi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir

Bakı. 11 may. REPORT.AZ/ Şimal -Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yeni bağlantısının tikintisi, eyni zamanda Qərb-Şərq Nəqliyyat Dəhlizinin fəaliyyəti Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi region, ölkə və bütün Avrasiya üçün böyük önəmə malikdir. 

"Report" xəbər verir ki, bunu Bakı Ekspo Mərkəzində keçirilən 15-ci Yubiley Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika və 6-cı Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgilərinin rəsmi açılış mərasimində nəqliyyat naziri Ziya Məmmədov bildirib. 

"Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi tarixdə yaradılan ilk, sivilizasiyaları, Asiya ilə Avropanı birləşdirən yeni nəqliyyat dəhlizidir. Bu layihə çox mürəkkəb relyefə malik ərazidə icra edilir. Burada çox sayda tunellər, körpülər, yol qovşaqları tikilib və hazır vəziyyətə gətirilib.
Bu gün qeyd edilən nəqliyyat layihələrinə dünyada böyük ehtiyac yaranıb", deyə nazir qeyd edib. 

Qeyd edək ki, Bakıda keçirilən sərgidə 7 ölkədən 45 şirkət iştirak edir. “Road&Traffic 2016” sərgisi regionun aparıcı yol-tikinti şirkətlərinin rəhbər və mütəxəssisləri ilə görüşmək üçün ideal şəraiti təmin etməklə yanaşı, təcrübə mübadiləsi və bazarın qiymətləndirilməsi, eləcə də perspektiv müqavilələrin imzalanması və ölkənin yol-tikinti bazarına investisiya yatırılmasına imkan yaradacaq.

Son xəbərlər

Orphus sistemi