Yuxarı
    Bağlamaq

    Sərnişin qatarları Bakıdan Sumqayıta daha tez çatacaq

    Bundan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq

    Bakı. 3 mart. REPORT.AZ/ Bu gün Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda baş yolların əsaslı təmirinə start verilib. 

    “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, bundan əlavə, Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi nəzərdə tutulur.

    Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin köməkliyi ilə “Azərbaycan Dəmir Yolları”nın “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.

    Təmir işləri başa çatdıqdan sonra, elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi