Yuxarı
    Bağlamaq

    Səfir: "İran Rəşt-Astara dəmir yolunun tikintisi üçün sərmayə axtarır"

    İnanırıq ki, bu məsələ yaxın zamanlarda öz həllini tapacaq

    Bakı. 21 aprel. REPORT.AZ/ "İran tərəfi hazırda Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üçün sərmayə cəlb olunması məsələsi ilə məşğuldur". "Report" xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Möhsun Pak Ayin bu gün keçirdiyi mətbuat konfransında bildirib. 

    Səfir qeyd edib ki, bu məsələ layihədə iştirak edən bütün ölkələr üçün vacibdir: "Bu yol şimal və cənub arasında dəhlizin yaradılmasına imkan verəcək. İnanırıq ki, bu məsələ yaxın zamanlarda öz həllini tapacaq".

    M.Pak Ayin Astarada İranla Azərbaycan arasında körpü tikintisinə də toxunaraq, artıq tərəflər arasında bununla bağlı razılığın əldə olunduğunu vurğulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi