Salyanda yol tikintisinə 4,2 milyon manat ayırılıb

Salyanda yol tikintisinə 4,2 milyon manat ayırılıb Bakı. 2 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Salyan rayonunun Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
İnfrastruktur
2 Oktyabr , 2018 18:05
Salyanda yol tikintisinə 4,2 milyon manat ayırılıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Salyan rayonunun Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla on bir min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi