Yuxarı

Şahin Bağırov: "Gömrük Komitəsində ixtisar olmayacaq"

Bu məsələ Komitənin gündəmində deyil

Bakı. 20 yanvar. REPORT.AZ/ Hazırda Dövlət Gömrük Komitəsində ixtisarların aparılması nəzərdə tutulmur. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında DGK-nin sədr müavini Şahin Bağırov bildirib: "Bu, gələcəkdə ola bilər, lakin hazırda gündəmdə deyil".

İranla əməkdaşlıq məsələlərinə toxunan sədr müavini bildirib ki, tezliklə Azərbaycan və İran hər iki ölkənin gömrük-buraxılış məntəqələrinin işini sutkalıq rejimə keçirəcək.

"Hazırda gündəmdə olan məsələ yüklərin, habelə sərnişinlərin keçid şərtlərini daha da sadələşdirməkdən ibarətdir. Sərhəd keçid məntəqələrinin fəaliyyətini genişləndirmək üçün digər ölkələrlə də danışıqlar aparılır", - deyə Ş.Bağırov qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi