Yuxarı

Sabirabadda sakinlər əlavə sərnişin avtobusunun ayrılması üçün nazirə müraciət ediblər

Nazir Sabirabad, Saatlı və Hacıqabuldan olan vətəndaşları qəbul edib

Bakı. 10 iyun. REPORT.AZ/ Nəqliyyat naziri Ziya Məmmədov Sabirabad şəhərində qəbul keçirib. Nazir Sabirabad, Saatlı və Hacıqabul rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətləri, şikayət və təkliflərini dinləyib.

"Report"un Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən verdiyi xəbərə görə, müraciətlər əsasən Hacıqabul, Saatlı və Sabirabad şəhərlərində müasir tipli avtovağzal binasının tikintisi, Sabirabad-Saatlı-İmişli-Kürdəmir yeni marşrut xəttinin açılması, Zəngənə-Qaraqaşlı yerli əhəmiyyətli avtomobil yolunun əsaslı təmiri üçün müraciətin aidiyyəti quruma çatdırılması, Xəlifəli-Nərimankənd-Sabirabad marşrut xəttinə əlavə sərnişin avtobusunun ayrılmasından ibarət olub.

Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi