Sabirabadda sakinlər əlavə sərnişin avtobusunun ayrılması üçün nazirə müraciət ediblər

Sabirabadda sakinlər əlavə sərnişin avtobusunun ayrılması üçün nazirə müraciət ediblər Nazir Sabirabad, Saatlı və Hacıqabuldan olan vətəndaşları qəbul edib
İnfrastruktur
10 İyun , 2016 13:50
Sabirabadda sakinlər əlavə sərnişin avtobusunun ayrılması üçün nazirə müraciət ediblər

Bakı. 10 iyun. REPORT.AZ/ Nəqliyyat naziri Ziya Məmmədov Sabirabad şəhərində qəbul keçirib. Nazir Sabirabad, Saatlı və Hacıqabul rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətləri, şikayət və təkliflərini dinləyib.

"Report"un Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən verdiyi xəbərə görə, müraciətlər əsasən Hacıqabul, Saatlı və Sabirabad şəhərlərində müasir tipli avtovağzal binasının tikintisi, Sabirabad-Saatlı-İmişli-Kürdəmir yeni marşrut xəttinin açılması, Zəngənə-Qaraqaşlı yerli əhəmiyyətli avtomobil yolunun əsaslı təmiri üçün müraciətin aidiyyəti quruma çatdırılması, Xəlifəli-Nərimankənd-Sabirabad marşrut xəttinə əlavə sərnişin avtobusunun ayrılmasından ibarət olub.

Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılıb.

Son xəbərlər

Orphus sistemi