Yuxarı

Sabah Xəzər rayonunda içməli su problemi olacaq

Buna səbəb yeni çəkilən magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsidir

Bakı. 11 avqust. REPORT.AZ/ Xəzər rayonunun Buzovna qəsəbəsində içməli suyun verilməsində problem yaranacaq.

Azərsu” ASC-ninİctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, bu, həmin qəsəbənin Təmənis yaşayış massivinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədardır. Belə ki, sabah gün ərzində Maştağa və Buzovna qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi