Yuxarı

Sabah paytaxtın ​Sabunçu, Nizami və Xətai rayonlarında su olmayacaq

Suyun kəsilməsi Olimpiya stadionunun yaxınlığındakı yol infrastrukturunun yenidən qurulması ilə bağlıdır

Bakı. 6 yanvar. REPORT.AZ/ Yanvarın 7-də gün ərzində Bakı şəhərinin Sabunçu, Nizami və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə "Report"a "Azərsu" ASC-dən məlumat verilib.

Məlumata görə, suyun kəsilməsi Olimpiya stadionunun yaxınlığındakı yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində Bakı şəhərinin şərq hissəsini içməli su ilə təmin edən 1 400 mm diametrli magistral su kəmərinin köçürülməsi ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" abonentlərdən üzr istəyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi