Sabah paytaxtın ​Sabunçu, Nizami və Xətai rayonlarında su olmayacaq

Sabah paytaxtın ​Sabunçu, Nizami və Xətai rayonlarında su olmayacaq Suyun kəsilməsi Olimpiya stadionunun yaxınlığındakı yol infrastrukturunun yenidən qurulması ilə bağlıdır
İnfrastruktur
6 Yanvar , 2015 15:42
Sabah paytaxtın ​Sabunçu, Nizami və Xətai rayonlarında su olmayacaq

Bakı. 6 yanvar. REPORT.AZ/ Yanvarın 7-də gün ərzində Bakı şəhərinin Sabunçu, Nizami və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə "Report"a "Azərsu" ASC-dən məlumat verilib.

Məlumata görə, suyun kəsilməsi Olimpiya stadionunun yaxınlığındakı yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində Bakı şəhərinin şərq hissəsini içməli su ilə təmin edən 1 400 mm diametrli magistral su kəmərinin köçürülməsi ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi