Sabah Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq

Sabah Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq Buna səbəb aparılacaq təmir işləridir
İnfrastruktur
22 Fevral , 2017 16:56
Sabah Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq

Bakı. 22 fevral. REPORT.AZ/ Sabah səhər saatlarından Bakının Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq. 

Bu barədə "Report"a "Azəravtoyol" ASC-dən bildirilib. 

Məlumata görə, hərəkətin məhdudlaşdırılması bir neçə saat çəkəcək. Buna səbəb aparılacaq təmir işləridir. 

"Göstərilən müddət ərzində sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur", - cəmiyyətin məlumatında qeyd edilib.

Son xəbərlər

Orphus sistemi