“Rolls-Royce Motor Cars” şirkəti “Phantom VII”nin istehsalını dayandırır

“Rolls-Royce Motor Cars” şirkəti “Phantom VII”nin istehsalını dayandırır "Phantom Coupe” və “Drophead Coupe” modelləri gələcəkdə istehsal olunmayacaq
İnfrastruktur
24 Fevral , 2016 20:00
“Rolls-Royce Motor Cars” şirkəti “Phantom VII”nin istehsalını dayandırır

Bakı. 24 fevral. REPORT.AZ/ 2016-cı ildə "Rolls-Royce Motor Cars" şirkət hazırkı nəsil “Phantom” modelinin istehsalını dayandıracaq. "Report" xəbər verir ki, bu barədə “Rolls-Royce Motor Cars” şirkətinin baş icraçı direktoru Torsten Müller-Otvos (Torsten Müller-Ötvös) bildirib. 

Bir müddət öncə isə şirkət 2018-ci ildən etibarən bütün “Rolls-Royce” modellərində istifadə olunacaq yeni alüminium platformasını sınamağa başladığını elan edib. Baş icraçı direktor əlavə edib ki, “Phantom Coupe” və “Drophead Coupe” modelləri gələcəkdə istehsal olunmayacaq. Bu əfsanəvi modellərin dövrünün bitməsi 50 möhtəşəm avtomobildən ibarət xüsusi “Phantom Zenith” kolleksiyası ilə qeyd olunacaq.

Yeddinci nəsil “Rolls-Royce Phantom” modelinin istehsalına 13 il bundan öncə başlanılıb. Bu model “Rolls-Royce Motor Cars” brendinin dirçəlişində aparıcı rol oynayıb. Hazırda isə dəbdəbənin zərif və güclü göstəricisi sayılan möhtəşəm “Phantom VII” öz tarixinin sonuna yaxınlaşır.

Bu ilin noyabrında Qudvud əyalətində yerləşən “Rolls-Royce” zavodunda “Phantom Coupe” və “Drophead Coupe” modellərinin son nüsxələri buraxılacaq. Bununla yanaşı, bu il “Phantom VII” limuzinlərinin son nüsxələri də istehsal olunacaq. 

Son xəbərlər

Orphus sistemi