Yuxarı

​Rayonların inkişaf perspektivləri müzakirə olunub

Nazir: Gəlirlərin azalması fonunda belə bütün sosial proqramlar icra olunur

Bakı. 23 yanvar. REPORT.AZ/ Saatlıda iqtisadiyyat naziri Şahin Mustafayevin və Şirvan şəhərinin, Saatlı, Sabirabad, İmişli, Hacıqabul, Salyan rayon icra hakimiyyətləri başçılarının iştirakı ilə bu şəhər və rayonların sosial-iqtisadi məsələləri və inkişaf perspektivləri müzakirə edilib.

"Report"un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, Şahin Mustafayev ölkədə siyasi və makroiqtisadi sabitliyin təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını bildirib.

"Görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, dünyadakı mürəkkəb siyasi və iqtisadi proseslərə, bir çox ölkələrin ciddi iqtisadi, maliyyə və sosial problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı bu təsirlərə qarşı dayanıqlıq nümayiş etdirir, gəlirlərin azalması fonunda belə bütün sosial proqramlar icra olunur".

O qeyd edilib ki, hazırkı mərhələdə qeyri-neft sektorunun inkişafı prioritetdir və bu baxımdan regionlar böyük potensiala malikdir.

Görüşdə iştirak edən şəhər və rayonların icra başçıları dövlət proqramlarının və infrastruktur layihələrinin icrası, əhalinin işgüzar fəallığının artırılması, sahibkarlıq fəaliyyətinin genişlənməsi istiqamətində görülən işlər barədə məlumat verib, dövlət başçısının tapşırıqlarının icrasının sürətləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi