Bakı Nəqliyyat Agentliyi Rəşid Behbudov küçəsində yaşıl dalğa tətbiq edib

Bakı Nəqliyyat Agentliyi Rəşid Behbudov küçəsində yaşıl dalğa tətbiq edib “Bakının Rəşid Behbudov küçəsindən keçən su xəttində baş verən qəza ilə əlaqədar olaraq, yolun hərəkət hissəsində müəyyən çətinliklər yaranıb”.
İnfrastruktur
14 May , 2019 16:25
Bakı Nəqliyyat Agentliyi Rəşid Behbudov küçəsində yaşıl dalğa tətbiq edib

“Bakının Rəşid Behbudov küçəsindən keçən su xəttində baş verən qəza ilə əlaqədar olaraq, yolun hərəkət hissəsində müəyyən çətinliklər yaranıb”.

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, bu səbəbdən də hazırda Rəşid Behbudov küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

“Hazırda hərəkətin intensivliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür. Svetoforlarda yaşıl dalğa tətbiq edilib”, - məlumatda deyilir. 

Son xəbərlər

Orphus sistemi