Yuxarı
    Bağlamaq

    Qəbələyə dəmir yolu xəttinin çəkilməsinə başlanılıb

    Nargilə kafesi tərəfdən Bakıətrafı qəsəbələrə də qatar işləyəcək

    Bakı. 11 aprel. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC Qəbələ rayonuna dəmir yolu xətti çəkməyə başlayıb. 

    Bu barədə "Report"a açıqlamasında qurumun sədri Cavid Qurbanov məlumat verib. 

    "Eyni zamanda Qusar rayonunda dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri davam etdirilir", -  o qeyd edib. 

    Bundan başqa, C.Qurbanovun sözlərinə görə, Bakı ətrafında elektrik qatarlarının hərəkət edəcəyi yeni dəmir yolu xəttinin çəkilməsi ilə bağlı da iş aparılır: "Nargilə" kafesi tərəfdən keçməklə Maştağa qəsəbəsinə, Bağlar adlanan əraziyə, Albalıq stansiyasına, eləcə də Zirə qəsəbəsinə qədər qatarlar gedəcək". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi