Polad Bülbüloğlu: “Samur çayının üzərində yeni körpünün tikilməsi sevindirici haldır”

Polad Bülbüloğlu: “Samur çayının üzərində yeni körpünün tikilməsi sevindirici haldır” Bakı. 8 fevral. REPORT.AZ/ “Neçə illər idi ki, Samur çayı üzərində - Rusiya ilə Azərbaycan arasında körpünün tikintisinin arzusunda idik”.
İnfrastruktur
8 Fevral , 2019 17:25
Polad Bülbüloğlu: “Samur çayının üzərində yeni körpünün tikilməsi sevindirici haldır”
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu / Report / Elchin Murad

Bakı. 8 fevral. REPORT.AZ/ “Neçə illər idi ki, Samur çayı üzərində - Rusiya ilə Azərbaycan arasında körpünün tikintisinin arzusunda idik”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Samur çayı üzərində tikilməkdə olan körpüyə baxış zamanı deyib.

O bildirib ki, sərhəd keçid məntəqəsində həmişə böyük tıxaclar olub: "Avtobuslar, avtomobillər saatlarla gözləyirdi. Camaat əziyyət çəkirdi. Şükürlər olsun ki, bu problemin aradan qaldırılması məqsədilə işlər başlayıb və yüksək səviyyədə davam etdirilir. Neçə illər idi ki, biz bu məsələni qaldırırdıq. Məsələ prezidentlər səviyyəsində, daha sonra nazirlər səviyyəsində öz həllini tapdı. Bizim üçün sevindirici haldır ki, problem həll olundu. Gürdüyünüz kimi qızğın iş gedir. Mən də azərbaycanlı səfir olaraq buna çox sevinirəm”, - deyə o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi