Azərbaycan avtomobillərini idxal edəcək ölkələrin adları açıqlandı - EKSKLÜZİV

Azərbaycan avtomobillərini idxal edəcək ölkələrin adları açıqlandı - EKSKLÜZİV “Azərbaycan Orta Asiya bazarlarına minik avtomobillərinin ixrac imkanlarını araşdırır”.
İnfrastruktur
20 Fevral , 2020 16:41
Azərbaycan avtomobillərini idxal edəcək ölkələrin adları açıqlandı - EKSKLÜZİV

“Azərbaycan Orta Asiya bazarlarına minik avtomobillərinin ixrac imkanlarını araşdırır”.

Bunu “Report”a açıqlamasında Azərbaycan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

Nazir müavinin sözlərinə görə, hazırda “Khazar” markalı minik avtomobillərinin Orta Asiya bazarlarına - Özbəkistana, Qazaxıstana ixracının həyata keçirilməsi üzərində ciddi iş aparılır: “Bununla yanaşı, “Khazar” markalı minik avtomobillərinin Rusiya, Ukrayna bazarlarına ixracı ilə bağlı da müzakirələr aparılır”.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 2015-ci il tarixli sərəncamına əsasən, yaradılmış Neftçala Sənaye Məhəlləsinin dövlət başçısının iştirakı ilə 2017-ci ilin 24 sentyabr tarixində açılışı olub. Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri “AzKron” MMC avtomobil istehsalı zavodudur. Müasir texnologiyalar əsasında qurulan “AzKron” MMC avtomobil istehsalı zavodunda "Khazar", "Peugeot", "Renault" kimi avtomobil modelləri istehsal olunur.

“AzKron” MMC-nin illik istehsal gücü 10 min ədəd, o cümlədən 2 min ədəd ixrac üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi