Yuxarı

Novosibirsk-Lənkəran aviareysi təxirə salınıb

Sərnişin azlığı uçuşun təxirə salınmasına səbəb ola bilər

Bakı. 21 iyun. REPORT.AZ/ Bu gün Novosibirsk-Lənkəran marşrutu ilə gerçəkləşməli olan aviareys təxirə salınıb. Lənkəran Beynəlxalq Hava Limanından “Report”a verilən məlumata görə, təyyarə 10:20-də Lənkəran Hava Limanında enməli və təxminən 12:20-də yenidən əks istiqamətdə havaya qalxmalı idi.

"Bu gün səhər saatlarında qarşı tərəfin verdiyi məlumata görə, reys reallaşdırılmayacaq. Bu, şirkətin Lənkərana ikinci reysi olmalı idi", - deyə hava limanından bildirilib.

Təxirəsalmanın səbəbi haqqında konkret məlumat verilməsə də, aeroportdan bildirilib ki, sərnişin azlığı uçuşun təxirə salınmasına səbəb ola bilər: "Buradan bilet alan sərnişinlərin isə biletləri növbəti reys üçün keçərli olacaq".

Qeyd edək ki, aviareysi “Anqara” aviaşirkəti həyata keçirir. Ötən həftə artıq bir reys reallaşıb. Biletin qiyməti 275 manatdır, reys "An-148" təyyarəsi ilə həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi