Bakı. 9 fevral. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC-nin eskalatorlarından biri yenidən istifadəyə verilir. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat yayıb.
N.Paşayev bildirib ki, 15 oktyabr 2015-ci ildən əsaslı təmirə dayandırılan "Nizami" stansiyasındakı 1 saylı eskalator sabahdan sərnişinlərin istifadəsində olacaq.