Yuxarı
    Bağlamaq

    Bakının Nizami küçəsində asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşıb

    Hazırda iki hissədə kommunikasiya quyularının dəmir-beton pilitələri və baxış qapaqları dəyişdirilir

    Bakı. 9 mart. REPORT.AZ/ Bakı şəhərinin Nizami küçəsinin F.Əmirov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinə qədər, Azadlıq prospekti ilə kəsişməsindən R.Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşıb.

    “Report” “Azəryolservis” ASC-yə istinadən xəbər verir ki, hazırda hər iki hissədə kommunikasiya quyularının dəmir-beton pilitələri və baxış qapaqları dəyişdirilir. Bu işlərdən sonra küçənin hərəkət hissəsinin üfüqi nişanlanmasına başlanacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi