Yuxarı

​Nəqliyyat naziri Lənkəranda vətəndaşları qəbul edəcək

Qəbulda Lerik, Astara və Lənkəran rayonlarında yaşayan vətəndaşları iştirak edə bilər

Bakı. 23 fevral. REPORT.AZ/ Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədilə nəqliyyat naziri Ziya Məmmədov fevralın 27-də Lənkəran şəhərində Lerik, Astara və Lənkəran rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

“Report” Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlar fevralın 25-də 09:00-dan 18:00-dək Lənkəran 42 saylı Yol İstismarı İdarəsi, Astara 52 saylı Yol İstismarı İdarəsi və Lerik 43 saylı Yol İstismarı İdarəsində qeydiyyatdan keçə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi