​Nəqliyyat naziri Lənkəranda vətəndaşları qəbul edəcək

​Nəqliyyat naziri Lənkəranda vətəndaşları qəbul edəcək Qəbulda Lerik, Astara və Lənkəran rayonlarında yaşayan vətəndaşları iştirak edə bilər
İnfrastruktur
23 Fevral , 2015 21:03
​Nəqliyyat naziri Lənkəranda vətəndaşları qəbul edəcək

Bakı. 23 fevral. REPORT.AZ/ Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədilə nəqliyyat naziri Ziya Məmmədov fevralın 27-də Lənkəran şəhərində Lerik, Astara və Lənkəran rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

“Report” Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlar fevralın 25-də 09:00-dan 18:00-dək Lənkəran 42 saylı Yol İstismarı İdarəsi, Astara 52 saylı Yol İstismarı İdarəsi və Lerik 43 saylı Yol İstismarı İdarəsində qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi