Yuxarı
    Bağlamaq

    Neftçilər və Nobel prospektlərinin kəsişən hissəsində asfaltlanma işləri aparılacaq

    Azəravtoyol bununla bağlı sürücülərə xəbərdarlıq edib

    Bakı. 7 yanvar. REPORT.AZ/ Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən hissəsində sabah səhər saatlarından başlayaraq yolun hərəkət hissəsindən çıxarılmış dəmir yolu relslərinin yerinin asfaltlanması işləri aparılacaq.

    "Report" xəbər verir ki, bunu "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

    O, bildirib ki, işlərin bir-neçə saat ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır.

    "Asfaltlanma işləri hissə-hissə aparılacaq və avtonəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq. Prospektin sözügedən hissəsində hərəkətin qismən məhdudlaşdırılması tətbiq ediləcək. Ancaq buna baxmayaraq sürücülərdən xahiş olunur ki, həmin hissədə sıxlığın yaranmaması üçün hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər" - deyə ASC rəsmisi qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi