Yuxarı

Dövlət Şəhərsalma və Arxitektura Komitənin istismarına icazə verdiyi çoxmənzilli binaların yerləşdiyi ünvanların sayı açıqlanıb

Nə qədər mənzilə müsbət rəylər verilib?
© Report

Azərbaycan Prezidenti İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının tələblərinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanmış müsbət rəylərin əsasında indiyədək 122 ünvanda çoxmərtəbəli yaşayış binalarının istismarına icazə verilib.

Bu barədə “Report”a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu bildirib.

Onun sözlərinə görə, bu, nəticə olaraq 20 530 ailənin mənzil hüququ ilə bağlı probleminin öz həllini tapacağı deməkdir: “Ümumiyyətlə, avqustda 11 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binalarının istismarına icazə verilib. Yaxın günlərdə bu siyahıya daha 7 ünvan əlavə ediləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi