Dövlət Şəhərsalma və Arxitektura Komitənin istismarına icazə verdiyi çoxmənzilli binaların yerləşdiyi ünvanların sayı açıqlanıb

Dövlət Şəhərsalma və Arxitektura Komitənin istismarına icazə verdiyi çoxmənzilli binaların yerləşdiyi ünvanların sayı açıqlanıb Azərbaycan Prezidenti İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının tələblərinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanmış müsbət rəylərin əsasında indiyədək 122 ünvanda çoxmərtəbəli yaşayış binalarının istismarına icazə verilib.
İnfrastruktur
19 Avqust , 2019 17:37
Dövlət Şəhərsalma və Arxitektura Komitənin istismarına icazə verdiyi çoxmənzilli binaların yerləşdiyi ünvanların sayı açıqlanıb
Report

Azərbaycan Prezidenti İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının tələblərinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanmış müsbət rəylərin əsasında indiyədək 122 ünvanda çoxmərtəbəli yaşayış binalarının istismarına icazə verilib.

Bu barədə “Report”a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu bildirib.

Onun sözlərinə görə, bu, nəticə olaraq 20 530 ailənin mənzil hüququ ilə bağlı probleminin öz həllini tapacağı deməkdir: “Ümumiyyətlə, avqustda 11 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binalarının istismarına icazə verilib. Yaxın günlərdə bu siyahıya daha 7 ünvan əlavə ediləcək".

Son xəbərlər

Orphus sistemi