Nazir müavini: “Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin inkişafına xüsusi önəm verir”

Nazir müavini: “Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin inkişafına xüsusi önəm verir” Tbilisi. 27 noyabr. REPORT.AZ/ “Gürcüstan tranzit ölkədir və bu funksiyanın gücləndirilməsi və dəmir yolu infrastrukturunun modernləşdirilməsi strateji əhəmiyyət kəsb edir”.
İnfrastruktur
27 Noyabr , 2018 21:32
Nazir müavini: “Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin inkişafına xüsusi önəm verir”

Tbilisi. 27 noyabr. REPORT.AZ/ “Gürcüstan tranzit ölkədir və bu funksiyanın gücləndirilməsi və dəmir yolu infrastrukturunun modernləşdirilməsi strateji əhəmiyyət kəsb edir”.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Akaki Saqiraşvili deyib.

O bildirib ki, ölkə “Gürcüstan dəmir yolları”nın modernləşdirilməsi və Bakı-Tbilisi-Qars layihəsinin inkişafına xüsusi önəm verir:

“Bununla yanaşı Anaklia dəniz limanı, Şərq-Qərb avtomagistralı, loqistika mərkəzlərinin yaradılması, Poti və Batumi limanlarının genişləndirilməsi və digər layihələr də Gürcüstanın nəqliyyat-loqistika habına çevrilməsinə imkan verəcək”.

“Fitch” beynəlxalq reytinq agentliyi “Gürcüstan Dəmir Yolları” SC-nin reytinqini “B+” səviyyəsində saxlayaraq proqnoz gözləntilərini “Stabil”dən “Pozitiv”ə doğru yaxşılaşdırıb. Agentliyin məlumatında qeyd olunub ki, “Gürcüstan Dəmir Yolları” SC “Azərbaycan Dəmir Yolları” ilə birgə “Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi”nin əsas hissəsini təşkil edir.

Son xəbərlər

Orphus sistemi