Yuxarı
    Bağlamaq

    Nazir: "Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi bu il bitməlidir"

    Şahin Mustafayev: Azərbaycan Xəzərdə güclü dənizçilik infrastrukturuna malikdir və bu işləri daim davam etdirir© Report.az

    Bakı. 16 mart. REPORT.AZ/ "Azərbaycan Şərq-Qərb nəqliyyat dənizinin bir hissəsini təşkil edir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, ölkə üzərindən beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə yükdaşımaların həcminin artırılması əsas hədəflərdən biridir. Bu istiqamətdə böyük işlər icra edilir, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi də bu ilin sonuna kimi bitməlidir".

    "Report" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakı Gəmiqayırma Zavodunda "Ro-Pax" tipli gəmi-bərələrin ilk polad lövhələrinin kəsiminin keçirildiyi tədbirdə bildirib.

    "Ölkənin qərbinə gedən dəmiryolları təmir edilir. Həmçinin, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi tezliklə bitəcək. Azərbaycan Xəzərdə güclü dənizçilik infrastrukturuna malikdir və bu işləri daim davam etdirir. Qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırğı ilə bu "Ro-Pax" tipli gəmi-bərələrin dəyərinin 30%-i Azərbaycan hökuməti tərəfindən dövlət büdcəsi hesabına ödəniləcək", - deyə Ş.Mustafayev əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi