Bakı. 12 yanvar. REPORT.AZ/ Nizami rayonu, C.Naxçıvanski küçəsinin bir hissəsi təmirə bağlanır. "Azəryolservis" ASC-dən "Report"a daxil olan məlumata görə, aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq yanvarın 13-də səhər saatlarından etibarən qeyd edilən küçəsinin Bəkir Çobanzadə küçəsindən Qara Qarayev prospekti istiqamətinə doğru olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
Naxçıvanski küçəsi təmirə bağlanır
İnfrastruktur
12 Yanvar , 2016
18:19
https://static.report.az/photo/451c0631-c7bd-40c4-a342-db97ae24a295.jpg