Yuxarı

Naxçıvanın nəqliyyat sektorunda sərnişindaşma artıb

​Naxçıvanın nəqliyyat sektorunda sərnişindaşma artıb

2019-cu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının nəqliyyat sektorunda 10 milyon 809 min 300 ton yük, 69 milyon 936 min 700 nəfər sərnişin daşınıb.

Bu barədə "Report" Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 78,988,2 faiz çoxdur.

Yük və sərnişin daşınmasından bütövlükdə, 38 milyon 680 min 200 manat gəlir əldə olunub. Bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 91,5 faiz çoxdur.

Əhali artımına uyğun olaraq muxtar respublikada müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində bu sahəyə 2019-cu ilin yanvar-avqust ayları ərzində 60 milyon 504 min manatdan artıq vəsait yönəldilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi