Yuxarı

​Naxçıvanda Qarabağlar Türbə Kompleksi bərpa olunacaq

Bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb

Bakı. 5 iyul. REPORT.AZ/ Naxçıvanda Qarabağlar Türbə Kompleksi bərpa ediləcək.

"Report"un xəbərinə görə, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb. Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə Qarabağlar Türbə Kompleksində bərpa işlərinin elmi və tarixi əsaslarla aparılmasını təmin edəcək.

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi “Qarabağlar Türbə Kompleksi” tədqiqat qrupu yaradılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi