Bakı. 5 iyul. REPORT.AZ/ Naxçıvanda Qarabağlar Türbə Kompleksi bərpa ediləcək.
"Report"un xəbərinə görə, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb. Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə Qarabağlar Türbə Kompleksində bərpa işlərinin elmi və tarixi əsaslarla aparılmasını təmin edəcək.
Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi “Qarabağlar Türbə Kompleksi” tədqiqat qrupu yaradılacaq.