"Moskviçtexxidmət" dividendlərin verilməsi məsələsinə baxacaq

"Moskviçtexxidmət" dividendlərin verilməsi məsələsinə baxacaq Gələn ay şirkətin səhmdarlarının ümumi yığıncağı keçiriləcək
İnfrastruktur
3 May , 2017 12:56
Moskviçtexxidmət dividendlərin verilməsi məsələsinə baxacaq

Bakı. 3 may. REPORT.AZ/ “Moskviçtexxidmət” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. "Report" dövri mətbuata istinadən xəbər verir ki, səhmdarların növbəti ümumi yığıncağı 17 iyun saat 10:00-da olacaq.

Gündəlikdəki məsələlərə cəmiyyətin 2016-cı ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları haqqında, dividendlərin verilməsi haqqında və digər məsələlər daxil edilib. Ümumi yığıncağın gündəliyinə aid məsələlərlə bağlı cəmiyyətə müraciət etmək olar.

Yığıncaq Bakı şəhəri, Sumqayıt şosesi,4 ünvanında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi