Bakı. 3 may. REPORT.AZ/ “Moskviçtexxidmət” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. "Report" dövri mətbuata istinadən xəbər verir ki, səhmdarların növbəti ümumi yığıncağı 17 iyun saat 10:00-da olacaq.
Gündəlikdəki məsələlərə cəmiyyətin 2016-cı ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları haqqında, dividendlərin verilməsi haqqında və digər məsələlər daxil edilib. Ümumi yığıncağın gündəliyinə aid məsələlərlə bağlı cəmiyyətə müraciət etmək olar.
Yığıncaq Bakı şəhəri, Sumqayıt şosesi,4 ünvanında keçiriləcək.