Yuxarı

​Moskvadan Qəbələ və Gəncəyə uçmalı olan təyyarə reysləri təxirə salınıb

Təyyarə reysləri bu gün həyata keçirilməli idi

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün Moskvanın "Domodedovo" hava limanından Azərbaycanın Qəbələ və Gəncə şəhərlərinə uçmalı olan təyyarə reysləri təxirə salınıb.

"Report" aeroportun elektron tablosuna istinadən xəbər verir ki, Moskva-Qəbələ reysi (Reys "NN 433", "Boeing 757-200", "VİM-Avia" şirkəti) Bakı vaxtı ilə saat 10:30-da havaya qalxmalı və 14:00-da Azərbaycanda eniş etməli idi.

Digər təxirə salınan "U6 2411" reysi ("Airbus A321", "Ural Airways" aviaşirkəti) Bakı vaxtı ilə 10:50-də Moskvadan uçmalı və 14:35-də Gəncədə eniş etməli idi.

Qeyd edək ki, artıq bir həftəyə yaxındır ki, Moskvanın əsas hava limanlarında hava şəraitinin çovğun və qarlı olması səbəbindən onlarla təyyarə reysi təxirə salınır və ya gecikmə ilə həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi