Metropoliten İşçiləri Həmkarlar İttifaqının Məclisinin, İcraiyyə Komitəsinin və işçi komissiyalarının yeni tərkibi seçilib

Metropoliten İşçiləri Həmkarlar İttifaqının Məclisinin, İcraiyyə Komitəsinin və işçi komissiyalarının yeni tərkibi seçilib Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün Bakı Metropoliteni QSC-də Metropoliten İşçiləri Həmkarlar İttifaqının konfransı keçirilib.
İnfrastruktur
3 Dekabr , 2018 15:26
Metropoliten İşçiləri Həmkarlar İttifaqının Məclisinin, İcraiyyə Komitəsinin və işçi komissiyalarının yeni tərkibi seçilib

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün "Bakı Metropoliteni" QSC-də Metropoliten İşçiləri Həmkarlar İttifaqının konfransı keçirilib. 

Bu barədə “Report”a qurumun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tədbirdə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, "Bakı Metropoliteni"nin sədr müavini Hidayət Məmmədov iştirak ediblər. 

Konfransın gündəliyinə daxil olunmuş birinci məsələ "Bakı Metropoliteni" ilə Metropoliten İşçiləri Həmkarlar İttifaqı (MİHİ) arasında 2016-2019-cu illər üçün bağlanmış kollektiv müqaviləyə əlavə və dəyişikliklərə aid olub. Bu məsələ üzrə MİHİ-nin əməyin hüquq müfəttişi Abdulla Acalov çıxış edib. Çıxışda kollektiv müqaviləyə edilməsi təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti açıqlanıb. Bunun, əsasən, əmək haqqının hesablanmasında yeni sistemin tətbiqi və müqavilə şərtlərinin bu sistemin tələb və xüsusiyyətlərinə uyğunlaşdırılması, intizam məsuliyyətinə cəlb edilmə, intizam tənbehi, son vaxtlar, xüsusən də istismar sahəsində edilən struktur və təşkilatı yeniliklərin həyata keçirilməsi ilə bağlı olduğu izah edilib. Əmək haqqının hesablanması üzrə yeni sistem əməyin dəyərləndirilməsi sahəsində ədalət prinsiplərinin qorunmasına, əməyin daha geniş surətdə stimullaşdırılmasına xidmət edir.

Müzakirəyə çıxarılan məsələ səsə qoyularaq yekdilliklə qəbul olunub.

İkinci məsələ barədə məlumat verən konfransın sədri Arif Mərdanov bildirib ki, nəzarət–təftiş komissiyasının üzvü Vaqif Mikayılovun vəfatı ilə əlaqədar olaraq, onun əvəzinə komissiyanın tərkibinə "Ulduz" stansiyasının rəis müavini Ramiz Mustafayevin namizədliyi təklif edilib. Başqa təkliflər barədə A.Mərdanovun konfrans iştirakçılarına müraciətindən sonra, yeganə namizədə yekdilliklə səs verilib.

Konfransdan sonra MİHİ Məclisinin və İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda 2018-ci ildə "Bakı Metropoliteni"də əməyin mühafizəsi üzrə həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr mövzusunda MİHİ-nin əməyin texniki müfəttişi Vüqar Mirzəyev çıxış edib.

İclasda təşkilatı məsələlərə baxılıb. MİHİ Məclisinin, İcraiyyə Komitəsinin və işçi komissiyalarının yeni tərkibi seçilib.

Son xəbərlər

Orphus sistemi