Yuxarı
    Bağlamaq

    Maliyyə naziri: "Azərbaycan Gürcüstanın ən əsas strateji tərəfdaşıdır"

    Dmitri Kumsişvili: Birgə layihələrimiz bütövlükdə Avropanın inkişafında mühüm rol oynayacaq© Report.az

    Tbilisi. 20 mart. REPORT.AZ/ “Azərbaycan Gürcüstanın ən əsas strateji tərəfdaşıdır və biz bu münasibətlərin inkişafında maraqlıyıq".

    Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstan baş nazirinin müavini, maliyyə naziri Dmitri Kumsişvili söyləyib.

    Nazir bildirib ki, bu gün Azərbaycan ilə Gürcüstan regionda bir sıra irimiqyaslı iqtisadi layihələr həyata keçirir. Bir neçə layihə üzərində isə iş aparılır. Bu layihələr Gürcüstan və Azərbaycanın, eləcə də regionun və bütövlükdə Avropanın inkişafında mühüm rol oynayacaq.

    "Biz çalışırıq ki, bu layihələrə daha çox ölkələr cəlb edək və bu, bizə daha böyük uğurlar qazanmağa imkan yaradacaq", - deyə Gürcüstan hökumət rəsmisi əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi