Lerik Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb

Lerik Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb Bakı. 15 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Lerik şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.
İnfrastruktur
15 Oktyabr , 2018 18:25
Lerik Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Lerik şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Lerik şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Lerik Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi