Yuxarı
    Bağlamaq

    Kulevi terminalındakı dəmir yolu xəttinin mərkəzləşdirilmiş avtomatik nəzarət sistemi modernləşdirilib

    Bu, terminal ərazisində aparılan yenilənmə işlərini tərkib hissəsidir

    Bakı. 8 iyul. REPORT.AZ/ Qara dənizdə yerləşən Kulevi terminalındakı (Gürcüstan) dəmir yolu xəttinin mərkəzləşdirilmiş avtomatik nəzarət sisteminin modernləşməsi prosesi başa çatıb. 

    “Report” xəbər verir ki, bu, terminal ərazisində aparılan yenilənmə işlərini tərkib hissəsidir. 

    Məlumata görə, Kulevidəki daxili və xarici dəmir yolu xəttlərinin ümumi uzunluğu 12 km-dir. Bura 27 dəmir yolu ötürücüsü daxildir. Yenilənmiş avtomatik nəzarət sistemi bir mərkəzdən bütün sistemə nəzarət etməyə şərait yaradır və ötürücülərin dəyişdirilməsinə imkan verir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi