İranın rabitə naziri Naxçıvan - Məşhəd dəmir yolu xəttinin açılışında iştirak edəcək

İranın rabitə naziri Naxçıvan - Məşhəd dəmir yolu xəttinin açılışında iştirak edəcək Mahmud Vaezi Azərbaycana noyabrın 27-28-də səfər edəcək
İnfrastruktur
21 Noyabr , 2016 11:26
İranın rabitə naziri Naxçıvan - Məşhəd dəmir yolu xəttinin açılışında iştirak edəcək

Bakı. 21 noyabr. REPORT.AZ/ İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Azərbaycana səfər edəcək.

"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, iranlı nazirin Azərbaycana səfəri noyabrın 27-28-nə planlaşdırılıb.

Bakıya səfəri zamanı M.Vaezi Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, ikitərəfli əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparacaq. Ardından M.Vaezi Naxçıvan - Məşhəd dəmir yolu xəttinin açılışında iştirak etmək məqsədilə Muxtar Respublikaya gedəcək.

Son xəbərlər

Orphus sistemi