İran Azərbaycan istiqamətində aviareyslərə yeni təyyarələr cəlb edəcək

İran Azərbaycan istiqamətində aviareyslərə yeni təyyarələr cəlb edəcək "İran Air" 20 ədəd "ATR" təyyarəsinin alınması üçün müqaviə imzalayıb
İnfrastruktur
1 May , 2017 12:51
İran Azərbaycan istiqamətində aviareyslərə yeni təyyarələr cəlb edəcək
presstv.ir

Bakı. 1 may. REPORT.AZ/ İran bu yaxınlarda aldığı İtaliya-Fransa istehsalı olan yeni "ATR" təyyarələrini Bakıya yerinə yetirilən aviauçuşlarda da istifadə edə bilər. "Report"un İran mətbuatına istinadən verdiyi xəbərə görə, bunu "İran Air" aviaşirkətinin icraçı direktoru Fərhad Pərvareş bildirib.

"ATR" şirkətindən aldığımız yeni təyyarələr İrana bir neçə ay ərzində çatacaq. Yeni təyyarələrin idarə edilməsini öyrənmək üçün pilotlarımız Fransada təlimlərdə iştirak edirlər. Bu təyyarələr İranın əyalət paytaxtlarına, ölkənin Fars körfəzindəki adalarına, habelə Azərbaycanın paytaxtı Bakı və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə uçuşların həyata keçirilməsində istifadə edilə bilər", - deyə F.Pərvareş əlavə edib.

Qeyd edək ki, "İran Air" aprel ayında 20 ədəd orta ölçülü turbovintli mühərrikə malik təyyarələrin alınması üçün "ATR" ilə müqaviə imzalayıb.

Son xəbərlər

Orphus sistemi