"Həzi Aslanov" metro stansiyasında eskalator yenidən istifadəyə verilib

"Həzi Aslanov" metro stansiyasında eskalator yenidən istifadəyə verilib Bu eskalator qaçış məsafəsi son texniki norma həddinə çatdığı üçün fevralın 15-dən təmirdə olub
İnfrastruktur
28 Aprel , 2017 14:16
Həzi Aslanov metro stansiyasında eskalator yenidən istifadəyə verilib
metro.gov.az

Bakı. 28 aprel. REPORT.AZ/ Bakıda metronun "Həzi Aslanov" stansiyasında 3 saylı eskalatorun əsaslı təmiri başa çatdırılaraq yenidən sərnişinlərin istifadəsinə verilib. "Bakı Metropoliteni" QSC-dən "Report"a daxil olan məlumata görə, təmir prosesində "ET-5M" tipli eskalatorun bütün hissələri təlimat qaydalarına tam riayət edilməklə müayinə olunub, dəyişdirilməsi zəruri olan detallar, qovşaqlar yenisi ilə əvəz olunub.

İşlərin yekununda avadanlıqda defektoskopiya yoxlaması aparılıb. Sınaq yürüşündən sonra eskalator istismara qəbul edilib.

Qeyd edək ki, 3 saylı eskalator fevral ayının 15-də texniki istismar qaydalarının tələblərinə uyğun olaraq, qaçış məsafəsi son texniki norma həddinə çatdığı üçün təmirə dayandırılıb.

Son xəbərlər

Orphus sistemi