Hava limanı: ​İstanbul-Bakı reyslərində problem yoxdur

Hava limanı: ​İstanbul-Bakı reyslərində problem yoxdur İstanbulda güclü qarın yağması səbəbindən Bakıdan yerinə yetirilən aviareyslərdə isə 30 dəqiqəyədək gecikmələr var
İnfrastruktur
6 Yanvar , 2015 11:16
Hava limanı: ​İstanbul-Bakı reyslərində problem yoxdur

Bakı. 6 yanvar. REPORT.AZ/ İstanbulda yağan güclü qara baxmayaraq, İstanbul-Bakı-İstanbul marşrutu ilə yerinə yetirilən aviareyslərdə ciddi problem yaranmayıb. Bu barədə "Report"a "Türk Hava Yolları" aviaşirkətinin Heydər Əliyev Hava Limanında yerləşən ofisindən məlumat verilib.

Ofisdən bildirilib ki, İstanbuldan yerinə yetirilən bir sıra daxili reyslər hava şəraiti ilə əlaqədar təxirə salınıb: "Lakin bu, Bakı, Gəncə və Naxçıvan istiqamətində hərəkət edən təyyarələrin uçuş qrafikinə təsir etməyib. Qara görə cəmi 5-6 reys təxirə salınıb ki, bu da ölkədaxili reyslərdir. Azərbaycana uçuşlarla bağlı heç bir təxirəsalmalar yoxdur".

Qeyd edək ki, Bakıdan İstanbula yerinə yetirilən aviareyslərdə isə təxminən 15-30 dəqiqəlik gecikmələr olub.

Son xəbərlər

Orphus sistemi