Gürcüstanın maliyyə naziri: "Azərbaycanla ticarət dövriyyəsi 2-3 dəfə arta bilər"

Gürcüstanın maliyyə naziri: "Azərbaycanla ticarət dövriyyəsi 2-3 dəfə arta bilər" BTQ dəmir yolu xətti ilə ildə 300 min konteynerin daşınacağı proqnozlaşdırılır
İnfrastruktur
22 Dekabr , 2017 12:02
Gürcüstanın maliyyə naziri: Azərbaycanla ticarət dövriyyəsi 2-3 dəfə arta bilər
Gürcüstanın baş naziri Mamuka Baxtadze / Report/ Elshan Baba

Bakı. 22 dekabr. REPORT.AZ/ Gürcüstanın strateji tərəfdaşı və əsas investoru olan Azərbaycanda uğurlu islahatlar aparılır və bu baxımdan iki ölkə arasında təcrübə mübadiləsi vacibdir. 

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qonşu ölkənin maliyyə naziri Mamuka Baxtadze bildirib.

O, həmçinin deyib ki, iki ölkə arasında ticarət dövriyyəsi 2-3 dəfə arta bilər: “Azərbaycanla ticarət-iqtisadi münasibətlərin yaxşı perspektivi mövcuddur. Bu il ticarət dövriyyəsində artım olub və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, Cənub Qaz Dəhlizi kimi layihələrin hesabına dövriyyə 2-3 dəfə arta bilər”.

Gürcü nazirin sözlərinə görə, BTQ tam istismara verildikdən sonra onun ilkin mərhələdə 5 mln. ton yük daşınması, növbəti illərdə bu rəqəmin 10 mln. tona çatdırılması gözlənilir: “Bu dəhlizə tələbat gözlənildiyindən çoxdur. Dəmir yolu xətti ilə il ərzində 300 min konteynerin daşınacağını proqnozlaşdırırıq”. 

Son xəbərlər

Orphus sistemi