Güclü külək Bakıda avtobus dayanacağının pavilyonunu uçurub

Güclü külək Bakıda avtobus dayanacağının pavilyonunu uçurub Bakı. 17 yanvar. REPORT.AZ/ Bakıda əsən güclü külək nəticəsində Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Hüseyn Cavid prospeki ilə kəsişdiyi ərazidə avtobus dayanacağının pavilyonu uçub.
İnfrastruktur
17 Yanvar , 2019 11:46
Güclü külək Bakıda avtobus dayanacağının pavilyonunu uçurub
0 : 00
0 : 00

Bakı. 17 yanvar. REPORT.AZ/ Bakıda əsən güclü külək nəticəsində Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Hüseyn Cavid prospeki ilə kəsişdiyi ərazidə avtobus dayanacağının pavilyonu uçub.

“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. 

Onun sözlərinə görə, hadisə nəticəsində heç kim xəsarət almayıb.

“BNA-nın texniki personalı hadisə yerinə cəlb edilib. Hazırda ərazidə iş gedir və hadisənin nəticələri aradan qaldırılır”,- M.Ağayev bildirib. 

Bundan başqa, onun sözlərinə görə, hadisə nəticəsində "Bakı Kart"a məxsus ödəniş terminalı da zərər görüb. 

Son xəbərlər

Orphus sistemi