Gəncə-İstanbul aviareysi 40 dəqiqə gecikib

Gəncə-İstanbul aviareysi 40 dəqiqə gecikib Bakı. 3 iyul. REPORT.AZ/ Bu gün saat 08:20-də Türk Hava Yolları şirkətinin həyata keçirməli olduğu 0338 nömrəli Gəncə-İstanbul reysi 40 dəqiqə gecikmə ilə baş tutub.
İnfrastruktur
3 İyul , 2018 12:07
Gəncə-İstanbul aviareysi 40 dəqiqə gecikib
0 : 00
0 : 00

Bakı. 3 iyul. REPORT.AZ/ Bu gün saat 08:20-də "Türk Hava Yolları" şirkətinin həyata keçirməli olduğu 0338 nömrəli Gəncə-İstanbul reysi 40 dəqiqə gecikmə ilə baş tutub. 

“Report”un Qərb bürosu xəbər verir ki, buna səbəb ölkədə elektrik enerjisinin verilməsində yaranmış problem olub. 

Həmin problemə görə həm də "Buta Airways"in Bakı-Moskva aviareysi gecikib və ardınca Moskva-Gəncə aviareystini 12 saat gecikdirib.

Hazırda problemlərin aradan qaldırılması üzrə işlər aparılır. 

Bundan başqa, Ağstafa-Bakı marşrutu üzrə hərəkətdə olan sərnişin qatarının hərəkətində də problem yaranıb. Enerjinin olmaması nəticəsində vaqonlarda kondisonerlər işləməyib və bəzi sərnişinlərin narahatlığına səbəb olub. Bundan sonra ehtiyat enerji blokları işə salınıb və qatar hərəkətinə davam edib. 

Son xəbərlər

Orphus sistemi