Yuxarı

Gələn aydan metroda maşinistlər yeni forma geyinəcəklər

Gələn aydan metroda maşinistlər yeni geyim formasında olacaq

Bakı metrosunun maşinistlərinə mayın 10-dan yeni geyim formaları veriləcək.

Bunu "Report"a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.

Onun sözlərinə görə, artıq formalar verilir və ilk olaraq yeni maşinistlərdən başlanılıb.

"Ən geci may ayının 10-dan əksər maşinistlərə yeni formalar veriləcək. İlk olaraq, yeni maşinist, daha sonra isə digər maşinistlər forma ilə təmin olunacaqlar. Yeni formalar yerli istehsaldır",- sədr müavini əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi