Gələn aydan metroda maşinistlər yeni forma geyinəcəklər

Gələn aydan metroda maşinistlər yeni forma geyinəcəklər Bakı metrosunun maşinistlərinə mayın 10-dan yeni geyim formaları veriləcək.
İnfrastruktur
13 Aprel , 2019 13:31
Gələn aydan metroda maşinistlər yeni forma geyinəcəklər

Bakı metrosunun maşinistlərinə mayın 10-dan yeni geyim formaları veriləcək.

Bunu "Report"a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.

Onun sözlərinə görə, artıq formalar verilir və ilk olaraq yeni maşinistlərdən başlanılıb.

"Ən geci may ayının 10-dan əksər maşinistlərə yeni formalar veriləcək. İlk olaraq, yeni maşinist, daha sonra isə digər maşinistlər forma ilə təmin olunacaqlar. Yeni formalar yerli istehsaldır",- sədr müavini əlavə edib.

Son xəbərlər

Orphus sistemi