Yuxarı

​Fransa şirkəti Bakı-Böyük Kəsik dəmir yolunun 4-cü hissəsini tikəcək

Bununla bağlı “Azərbaycan Dəmir Yollarında görüş keçirilib

Bakı. 27 may. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-də "Bombardier" şirkətinin (Fransa) nümayəndə heyəti ilə görüş keçirilib. “Azərbaycan Dəmir Yolları”nın Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, QSC-nin sədri Cavid Qurbanov ölkənin dəmir yolu sahəsində reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Görüşdə Dünya Bankının layihəsi çərçivəsində “Bakı-Böyük Kəsik dəmir yolu dəhlizində 25 kV 50Hz enerji sisteminə uyğun rabitə və digər əlaqəli komponentlər daxil olmaqla işarəvermə sisteminin layihələndirilməsi, təchizatı və quraşdırılması” məsələsi müzakirə olunub.

Məlumat verilib ki, podratçı təşkilat – “Bombardier-TransSignalRabitə" BM (İsveçrə-Rusiya- Azərbaycan) şirkəti tərəfindən bu istiqamətdə indiyə kimi 1, 2 və 3-cü hissələr üzrə işçi layihələr hazırlanıb. 1-ci hissədə Böyük Kəsik-Gəncə sahəsində işlər başlayıb. Böyük Kəsik-Ağstafa hissəsində 13 stansiyadan 5-də işlərin 80%-ə qədəri görülüb. 4-cü stansiyada işə başlamağa hazırlıq işləri görülür. 1-ci hissənin kabel işlərinin əsas hissəsi həyata keçirilib.

Tövsiyə edilib ki, podratçı şirkət ehtiyatlarını artırmalı, iki və ya üçüncü hissədə eyni vaxtda işə başlamalıdır və müqavilə şərtlərinə uyğun olaraq, layihə vaxtında icra olunmalıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi